Qarabağ erməniləri üçün seçim sərbəstdir – APA
Rəsmi Bakı Qarabağda erməni sakinlərin etnik təmizlənməsi və soyqırımı ittihamlarını rədd edir”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "France 24"ə müsahibəsində bildirib. O, erməni sakinlərinin bölgəni tərk etmək və ya qalmaqda sərbəst olduğunu söyləyib. Etnik təmizləmə mülki şəxslərə qarşı zorakılıq aktıdır deyən Prezidentinin köməkçisi qeyd edib ki, bu da Ermənistanın 30 il əvvəl bizə qarşı istifadə etdiyi hərəkətdir. Onun sözlərinə görə, mülki əhaliyə qarşı bir dəfə də zorakılıq olmayıb və bu faktı onlar özləri də təsdiqləyirlər. Hikmət Hacıyev əlavə edib ki, Qarabağdakı erməni azlıqların nümayəndələri ilə danışıqlar məhsuldar keçib və məqsəd yalnız qanunsuz erməni silahlı birləşmələrinin tərksilahına yönəlib. Ermənistanın Azərbaycanı qanunsuz olaraq insanları həbs etməklə bağlı ittihamına gəldikdə, Prezidentinin köməkçisi müharibə cinayətlərində təqsirli bilinən bir neçə nəfərin saxlanıldığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi