Qar yağacaq, duman olacaq - PROQNOZ
Yanvarın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 14-18° şaxta, gündüz 0-5° şaxta olacaq.
Yanvarın 28-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənməsi, yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı