Qanunsuz ov tüfəngi gəzdirən 29 yaşlı gənc saxlanılıb - MASALLIDA
Masallıda qanunsuz olaraq ov tüfəngi gəzdirən 29 yaşlı gənc saxlanılıb.
APA Tv-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Xanbaba oğlu Əlibəyli qanunsuz şəkildə odlu silahı əldə edib gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat–axtarış tədbirləri keçirilib.
Nəticədə şəhər ərazisində saxlanılan gəncin üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin iç hissəsindən 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş 16 kalibrli, "İJ-58" modelli ov tüfəngi tapılıb. Çaxmaqsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah ondan götürülüb.
Faktla bağlı Masallı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
708
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
695
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
710
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
338
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
333
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
342