Qanunsuz ov edən qonşular iş başında yaxalandı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı gecə saatlarında Qullar kəndi ərazisində qanunsuz ov edən iki nəfər saxlanılıb.
APA TV- nin məlumata görə, müvafiq araşdırma aparılması üçün şöbəyə gətirilən həmin şəxslərin Qullar kənd sakinləri, Əhmədullah İsmayılov və qonşusu Ceyhun Rəhimov olduğu müəyyən edilib. Onlardan tüfəng, digər ov alətləri və üzərilərində daşıdıqları çantadan ovladıqları çöl quşları aşkarlanaraq götürülüb.
Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, Balakən
OXŞAR XƏBƏRLƏR
16:29
603
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
600
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1167
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
944
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
897
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1768