Qanunsuz balıq ovu edənlər yaxalandı
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Vəliuşağı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunub. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Xaliq Cəfərov və Yunis Baxşəliyev olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:29
897
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
904
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1462
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
979
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
932
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1814