Qan xəstəliklərindən əziyyət çəkənlər üçün Nazirlikdə qanvermə aksiyası keçirildi
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə İqtisadiyyat Nazirliyində növbəti qanvermə aksiyası keçirilib. Bu xeyirxahlıq çağırışına qoşulan İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşları donorluq aksiyasında qan veriblər. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. Qanvermə aksiyasına iyunun 14-də start verilib və 3 həftəyə yaxın davam edib. Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşları hər il iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub