15:49 11 may 2022 225
Ana səhifə Xəbərlər

Qalib Azərbaycan filmi: “HƏDİYYƏ” ƏSLİNDƏ NİYƏ ÇƏKİLİBMİŞ?

Məcburi köçkün həyatı… Düz 28 il… Elindən-obandan, dünənindən qırılmaq və doğma torpağına həsrət qalmaq deməkdir. Bu mövzuda çox yazdıq, çox danışdıq. Bu ağrı sətirlərə töküldü, filmlərin mövzusu oldu.

 

Rejissor Rövşən Nicatın “Hədiyyə” adlı sənədli filmi də məhz bu ömrün köç dövründən bəhs edir. Kəlbəcərdən, doğma torpağından didərgin düşən ailənin həyatını özündə əks etdirən qısametrajlı film Birinci Qarabağ müharibəsindən sonra gənc ailənin yaşadığı əzab-əziyyətdən bəhs edir:

 

Rejjssor filmdəki azyaşlıların həyat sevgisindən, təhsil arzusundan da bəhs edir. Bütün çətinliklərə baxmayaraq, bir-birinə dəstək olan və sevgi ilə bir-birinə sarılmağı bacaran bir ailə sözün əsl mənasında həm də bir örnəkdir.

 

Balaca Hədiyyənin arzuları, sevgisi və dostları, yaşadığı həyat tərzi də filmin əsas süjet xətti kimi təqdim olunur.

 

Təqdimat mərasimində kinorejissorlar Rövşən Nicat, Nurlan Həsənli, Lətif Lətifsoy və Əfsanə Yusifin kadrarxasında qalan Azərbaycanı sənədli kinomuza gətirən filmləri tamaşaçıların emosional reaksiyasına səbəb oldu. Autizmli uşaqlar, xadimə işləyən rus dili müəlliməsi, azad olunmuş Kəlbəcərin artıq qaçqın olmayan sakinləri... Bir birindən fərqli insan hekayələri, ailə dramları. Göstərilən filmlərin hamısı özəl təsvir həlli ilə seçilirdi. Tam əminliklə demək olar ki, sənədli kinomuzda monoton təsvir, növbətçi planlar artıq dünənki gündür. Rəqəmli kameralar sənədli kino müəlliflərinə təsvir həllərində orijinal və cəsarətli həllər tapmağa kömək edir.

 

Yeri gəlmişkən, “Hədiyyə” filmi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə keçirilən “Peşəkar sənədli filmlər” müsabiqəsi üçün seçilən 4 Azərbaycan filmindən biridir.

 

Yaradıcı heyətə uğurlar diləyi ilə…

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın