Qadınla əlbir olub qoyun oğurladı - POLİS ƏMƏLİYYATI
Masallı polisi qoyun oğurluğunda şübhəli bilinən şəxsi saxlayıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı rayonunun Kürdəbaz kənd sakini Əkrəm Səmədov həyətindəki tövlədən 1500 manat dəyərində 6 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət edib.
Polisin əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını Cəlilabad rayonunun Xəlilabad kənd sakini, Mətləb Məstiyevin Masallı rayonunun Çaxırlı kənd sakini Firuzə Abdullayeva ilə birlikdə törətdiyi məlum olub. Bundan başqa aparılan araşdırmalarla həmin şəxslərin daha bir oğurluqda iştirakı olduğu müəyyən edilib. “Cəlilabad rayonunun Xəlilabad kənd sakini, Mətləb Qağa oğlu Məstiyev Masallı rayonunun Çaxırlı kənd sakini Firuzə Xudakərim qızı Abdullayeva ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 1 sentyabr 2019-cu il tarixdə Masallı rayonunun Alışanlı kənd sakini Əliyev Xudakərim Məmmədhüseyn oğluna məxsus 1500 manat dəyərində 6 baş qoyunu fərdi yaşayış evinin həyətində yerləşən tövlədən oğurlayıblar”.
Saxlanılan, əvvəllər məhkum olunmuş Mətləb Məstiyev törətdiyi əməlləri etiraf edib və oğurladığı qoyunları Cəlilabad bazarında satdığını bildirib.
Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."