Qadının çantasını alıb qaçdı, uzağa gedə bilmədi - ASTARADA
Astarada qadının çantasını oğurlayan şəxs çox uzağa qaça bilməyib.
APA TV-nin cənub bürosunun məlumatına görə, polis əməkdaşlarının çevikliyi sayəsində qadına qarşı soyğunçuluq edən şəxs tezliklə saxlanılıb.
Hadisə rayonun mərkəzi bazarı ərazisində baş verib. Şəhər sakini Fəqan Məmmədov rayonun Ərçivan qəsəbə sakini Pərvanə Zeynalovanın içərisində pul və mobil telefon olan çantasını alaraq qaçıb. Ərazidə xidmət aparan Astara Rayon Polis Şöbəsinin Post Patrul Xidməti taqımının əməkdaşları tərəfindən soyğunçu isti izlərlə saxlanılıb. Onun üzərində axtarış aparılan zaman bir bükümdə narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb: “Bazarın girişindən çantanı götürüb getdim. İçindən çıxan 357 manat pul və “iPhone” markalı telefon oldu. Polis əməkdaşları şübhələndi, saxladı. Üzərimdən çıxan pul, telefon və narkotik vasitəni götürdülər”.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək