Qadını avtobusdan itələyən sürücü işdən çıxarıldı
Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır. APA TV-nin əldə etdiyi məlumata görə, hadisə iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda baş verib. Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Faktla bağlı polisə müraciət olunub və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır. "Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoru Elgiz Fərəcovun APA-ya verdiyi məlumata görə, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb. Hadisə zamanı xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Qeyd edək ki, sərnişin avtobusunda baş verən məlum hadisə barədə sosial şəbəkədə videogörüntülər yayılıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi