Qadın quldurluq etdiyinə görə tutuldu
Suraxanı rayonu Hövsan qəsəbəsində qadına qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, zərərçəkən şəxs evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını ələ keçirib.
Keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbəsində yaşayan Şəhanə Nəbizadə saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini bildirib. Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir məzildən də məişət əşyaları oğurladığı məlum olub.
Faktla araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
16:29
720
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
713
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1284
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
955
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
908
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1781