Qadın karuseldən yıxıldı, öldü
Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” məlumat yayıb ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb. Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub. M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.
OXŞAR XƏBƏRLƏR
18:44
260
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
211
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
407
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1060
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1098
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
970