Qaçaqmalçılardan 170 kiloqram narkotik götürüldü
Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazisində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Məlumata görə, sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıblar. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olublar.
Hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində ümumi çəkisi 170 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Baş vermiş silahlı insidentlərlə əlaqədar İran İslam Respublikasının sərhəd mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilib və məlumat mübadiləsi aparılıb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi