Putin Ukraynadan GÖRÜN NƏ İSTƏDİ
Putin Ukraynanı atəşi dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb
Rusiya Prezidenti Putin Ukraynanı hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, o, bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edərkən deyib.
Putin Kiyevə və Qərbə müraciət edib: “DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin əhalisi əbədi olaraq bizim vətəndaşlarımız olur. Kiyev rejimini dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Kiyev "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin seçiminə hörmətlə yanaşmalıdır, yalnız bu, sülhə gedən yol ola bilər”
Putin Rusiyanın DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin təhlükəsizliyini təmin edəcəyini, infrastrukturun bərpasına kömək edəcəyini söyləyib.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi