Putin NATO-ya qarşı döyüşə hazırlaşır? - ŞOK PLAN / Rusiya-Ukrayna savaşı
Ukrayna hərbçiləri Rusiya prezidenti Vladimir Putinin NATO-ya qarşı döyüşmək planlarını əks etdirən sənədləri ələ keçirə bilib.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə ukraynalı hərbi jurnalist Andrey Tsaplienko məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri xüsusi xidmət orqanları ilə birlikdə Rusiyanın NATO ilə döyüşə hazırlığını göstərə biləcək qiymətli sənədləri ələ keçirib. Belə ki, Xerson və Nikolaevski yaxınlığındakı döyüşlərdə ələ keçirilən Rusiyaya məxsus sənədlərdə onun ehtimal olunan düşməni, o cümlədən ABŞ, Türkiyə, Yunanıstan və digər ölkələr haqqında broşürlər hazırlanıb.
Bundan əlavə, qeyd olunur ki, hər bir Rusiya hərbçisinə NATO ölkəsinin əsgərini müəyyən etmək üçün materiallar verilib.
Tsaplienko qeyd edib ki, ələ keçirilən sənədlərdə NATO ölkələrinin tanınma nişanları, onların hərbi geyimləri, aviasiya, artilleriya, zirehli və digər hərbi texnika təsvir edilib. O əlavə edib ki, bu, Putinin NATO bloku ölkələri və bütün dünya ilə mübarizə aparmaq niyyətindən xəbər verir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ