Putin: ““Gazprom” UEFA-nın sponsorluğundan imtina edəcək”
Çempionlar Liqasının (ÇL) final oyununun Rusiyadan alınması UEFA-ya baha başa gələ bilər.
APA TV-nin məlumatına görə, bununla bağlı Rusiya prezidenti Vladimir Putin qitə futbol qurumunun rəhbəri Aleksander Çeferini hədələyib.
Ölkə rəhbəri bildirib ki, mayda Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ÇL-in final matçını başqa ölkəyə verəcəyi təqdirdə “Gazprom” şirkəti UEFA-nın sponsorluğundan imtina edəcək. Bu da qurumun mövsümdə 40 milyon avroluq gəlirdən məhrum olması deməkdir. Turnirin baş sponsoru eyni zamanda mayın 28-dəki final görüşünün keçiriləcəyi stadionun sahibidir”.
Qeyd edək ki, bu gün UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən Çempionlar Liqasının final matçı başqa ölkəyə verilə bilər.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib