Putin 10 ilə qədər həbs cəzası haqqında qanunu imzalayıb
Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər həbs cəzası haqqında qanunu imzalayıb. APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya Prezidenti tərəfindən Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsi imzalanıb. Belə ki, Putininin imzaladığı qanun layihəsində hərbi qulluqçuların hərbi xidmətə getməməsinə və fərariliyə, könüllü təslim olmaya və hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Qeyd edək ki, sentyabrın 20-də Rusiya Dövlət Duması Cinayət Məcəlləsinə “səfərbərlik”, “hərbi vəziyyət”, “müharibə vaxtı” və “silahlı münaqişə” anlayışlarının daxil edilməsi, habelə bu dövrlərlə bağlı cinayətlərə görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan dəyişikliklərin olduğu qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiqləyib. Qanunvericiliyə edilən dəyişikliklərin təşəbbüsü Dövlət Dumasının bütün fraksiyalarının deputatları, həmçinin senatorlar Andrey Klişas və Olqa Kovitidi hazırlayıb.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi