Pulu oğurlayan kimi gedib xərclədi
Oğuzda oğurluq edən şəxs saxlanılıb.
Oğuz şəhəri ərazisində yerləşən kompüter təmiri məntəqəsindən oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 1500 manat oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Elçin Mahmudov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulu xərclədiyini bildirib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
19:20
214
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
234
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
299
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
16:35
347
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
16:23
1170
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
1085