Pulları bölmək istəyəndə polis tutdu - OĞRU DƏSTƏSİ ƏLƏ KEÇDİ
Mingəçevirdə oğurluqla məşğul olan mütəşəkkil cinayətkar qrup saxlanılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, Mingəçevir və Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, 3 dost əlbir olaraq Sabirabaddan Mingəçevirə gələrək oğurluq ediblər. Onlar Mingəçevirdə qarət etdikləri mənzildən 7500 ABŞ dolları, 4500 avro və qızıl zinət əşyaları oğurlayıb. Qarət yolu ilə əldə etdikləri qəniməti aralarında bölməyə macal tapmamış Mingəçevir polisi onları ələ keçirib. Əvvəllər məhkum olunmuş Mingəçevir sakini Tehran Atakişiyev, Sabirabad rayon sakini Sərxan Quliyev Mingəçevir ərazisində, Mahmud Məmmədov isə Şirvan şəhərində şübhəli qismində saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirilmə zamanı hər üç şəxs törətdiyi əməli etiraf edib. Hazırda onların digər oxşar cinayətlərdə iştirakı olub-olmadığı öyrənilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."