Pullar qaytarılacaq - LƏĞV EDİLƏN BANKDAN AÇIQLAMA

Ləğv edilən "Bank Standard" QSC-nin əmanətçiləri pullarını geri alacaq.

APA TV-nin məlumatına görə, bu barədə fəaliyyətini dayandıran bankın Kreditorlar Komitəsinin növbəti iclasında məlumat verilib: “Pulların qaytarılması davamlı olacaq. Mən bəzi məsələlərə yenə aydınlıq gətirəcəyəm. Proses başlayıbsa, bu təşəbbüsün qanunauyğunluğu və qanunauyğunsuzluğu başqa məsələdir. Qanunsuz heç nə yoxdur. İnsanlar mərhələrlə pullarını alır”.

Komitə sədrinin müavini Vüqar Abdullayev 15 mindən artıq vətəndaın bu vəsaiti əldə etmək hüququ qazandığını deyib. Ölkə üzrə bu say 50 min nəfəri keçib: “Qərar məhkəmə tərəfindən qəbul olunub və tam qanunidir. Bu vəsaitlərin qaytarılmasını yaxın zamanda reallaşdırmağı planlaşdırırıq. Hazırda iş gedir. İlk növbədə “Dəmir Bank”da olan müsbət təcrübəmiz var. Bildiyiniz kimi, biz o vaxt əmanətləri nağd qaydada alırdıq, “Dəmir Bank”da isə bunu nağdsız qaydada həyatda keçirdik".

Xatırladaq ki, “Bank Standard”ın lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR