Pul verməyən qadınları əxlaqsız təqdim etdi
Sosial şəbəkələrdə haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1996-cı il təvəllüdlü İsmayıl Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalarla müəyyən edilib ki, o saxta haker səhifələr vasitəsilə “mesajları əldə etmə”, “telefon dinləmə” “sosial şəbəkə hesablarının sındırılması”, “kiber xidmətlərin təşkili” adı altında 14 fakt üzrə qadınların müxtəlif məbləğlərdə pul vəsaitini talayaraq mənimsəyib. Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar edib.
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
16:23
646
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
675
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
16:21
610
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
17:19
1146
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
1102
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
1092