Prokuror vəfat edən sabiq icra başçısının əmlakının müsadirə olunmasını tələb edir
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovla bağlı apellyasiya məhkəməsinin qərarından protest verilib.
APA-nın əldə etdiyi xəbərə görə, prokuror mərhum icra başçısının 600 min manatlıq əmlakı üzərindən həbsin götürülməsindən narazıdır. Protestdə sözügedən əmlakın dövlət nəfinə müsadirə olunması, icra başçısının müavini Ramiz Tatarovun isə cəzasının artırılması tələb edilir.
Xatırladaq ki, mərhum sabiq icra başçısı və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb.
Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir