Problem nə vaxt aradan qaldırılacaq?
Qar yerə dəyər-dəyməz artıq paytaxtda 17 binanın istiliklə təminatında fasilə yaranıb. “Azəristiliktəchizat” ASC- daxil olan müraciətlərin çoxu Nizami rayonundan olub.
Məsələ ilə bağlı qurumun mətuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Elvin Basqallı bildirdi ki, problem qısa zamanda aradan qaldırılacaq.
Elvin Basqallı onu da bildirdi ki, “Azəristiliktəchizat” əməkdaşları belə hava şəraitlərində gücləndirilmiş iş rejimində çalışırlar.
Qeyd edək ki, istilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədi ilə “Azəristiliktəchizat” ASC-də "Çağrı mərkəzi" fəaliyyət göstərir. 956 "Çağrı mərkəzi" bütün sutka ərzində fəaliyyət göstərir və bu xidmətdən Bakı şəhəri ilə bərabər respublikanın regionları da istifadə edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama