Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Prezident İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı qonağı salamlayaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammitini mühüm tədbir kimi səciyyələndirib. Görüşü bu istiqamətdə hazırlığın son ştrixlərinin müzakirəsi üçün yaxşı imkan, əməkdaşlıq coğrafiyasının genişlənməsini xoş, qardaş ölkələrin təşəbbüsə qoşulmasını əhəmiyyətli nəticə adlandırıb. 10 il əvvəl Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Naxçıvanda verilən qərarı yaxşı xatırladığını diqqətə çatdıran prezident İlham Əliyev dost və qardaş ölkələri daha sıx birləşdirən sammitin işinə uğurlar diləyib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev qəbula görə minnətdarlıq edib. Görülən və planlaşdırılan işlər barədə məlumat verib. Azərbaycanın Türk dünyasında xüsusi yerə və çəkiyə malik olduğunu deyən qonaq, Şuranın yaranması barədə razılaşmanın məhz Naxçıvanda imzalandığını vurğulayıb.
Yubiley sammitinin indi Bakıda, Azərbaycan torpağında keçirilməsinin təsadüfi olmadığı bildirilib. Şuranın 10 il ərzində Şuranın türk birliyinin formalaşması istiqamətində əldə etdiyi uğurlarda Azərbaycan dövlətinin ardıcıl dəstəyinin əvəzsiz rolu xüsusi qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi