Prezident Nizami Gəncəvinin abidəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib.
APA Tv xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.
OXŞAR XƏBƏRLƏR
19:48
171
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
171
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
161
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
281
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
279
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
285