Prezident MTRŞ-ya 3 milyon, KİVDF-yə 300 min manat ayırdı

Prezident İlham Əliyev Azərbaycanda mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında  sərəncam imzalayıb.

 

APA TV xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılıb.

 

Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR