Prezident Jak Şirakın vəfatı ilə bağlı Fransa səfirliyində olub

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransanın ölkəmizdəki səfirliyinə gələrək, bu ölkənin sabiq prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

APA TV-nin məlumatına görə, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı qarşılayıb.

Dövlət başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fransanın sabiq ölkə rəhbəri Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.

Səfirlə söhbət edən Prezident İlham Əliyev Jak Şirakın Azərbaycanın yaxın dostu olduğunu bildirib. Əlavə edib ki, onu Ulu öndər Heydər Əliyevlə şəxsi dostluğu başlayan dövrdən tanıyır və məhz onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulub. Dövlət başçısı Prezident kimi xaricə ilk rəsmi səfərini də məhz Fransaya ediyini xatırladıb. Azərbaycan prezidenti qeyd edib ki, elə o vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Dövlət başçısı səfirə bir daha başsağlığı verib.

Səfir Zakari Qros Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya başsağlığına və xoş xatirələrə görə təşəkkür edib. Prezident Makron və Fransa xalqı adından minnətdarlıq bildirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR