Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsində olub – APA TV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olub. Dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirdi.
Qeyd edək ki, qəsəbə Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa–Laçın yolunun kənarında yerləşir. Turşsu qəsəbəsi işğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra azərbaycanlıların ən sıx yaşadığı ikinci yaşayış məntəqəsi olub.
Qəsəbə 1992-ci il mayın 15-də işğal edilib. 1989-cu ildə aparılan siyahıyaalmaya əsasən, qəsəbədə 755 nəfər yaşayıb. Burada fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziyaötürücü qurğu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və digər binalar mövcud olub. Əhalinin məşğulluğu əsasən kənd təsərrüfatı sahəsində təmin edilib. Sadalanan infrastruktur işğal dövründə tam dağıdılıb. Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Hazırda Turşsu qəsəbəsində 353 ailə - 1403 nəfər qeydiyyatdadır.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi