Prezident İlham Əliyev Sofiyada Yunanıstanın Baş naziri ilə görüşüb
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
APA TV xəbər verir ki, görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.
OXŞAR XƏBƏRLƏR
16:59
977
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
961
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
875
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
19:20
1131
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
1114
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
1133