Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika nazirini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirildi. Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulandı. Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi və bu sahədə yaxşı potensialın olduğu bildirildi. Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunuldu.
OXŞAR XƏBƏRLƏR
19:26
900
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
859
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1215
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
17:30
1313
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
17:28
1341
Şərurun hülüsü niyə bu qədər məşhurdur?
17:28
1046