Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.
APA TV xəbər verir ki, görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olundu.
BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edildi. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunuldu, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulandı.
Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı.
OXŞAR XƏBƏRLƏR
18:19
931
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
977
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1222
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
995
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1191
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1658