Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət ediblər
Bu gün xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoydular, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.
Prezident və birinci xanım görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüblər.
OXŞAR XƏBƏRLƏR
11:43
2135
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2117
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2196
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1443
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2023
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2052