Prezident İlham Əliyev Türkiyənin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin ölkəmizə səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verdiyi və bu sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.
Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Kənd Təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasının əhəmiyyətinə toxunuldu, mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla qeyd edildi.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək