Prezident İlham Əliyev Saleh Məmmədovu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AADYA) idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib.
APA TV-nin məlumatına görə, yol tikintisinin geniş vüsət aldığını bildirən Prezident İlham Əliyev ölkəmizdə bu sahədə irliləyişin nəzərə çarpdığını, 34-cü yerdən bu il 27-ci pilləyə yüksəldiyimizi və MDB məkanında birinci olduğumuzu qeyd edib.
Bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrıldığını diqqətə çatdıran dövlət başçısı Rusiya sərhədinə, Gürcüstan istiqamətinə yeni müasir yolların çəkildiyini vurğulayıb.
Prezident şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait ayrılmasının nəzərdə tutulduğunu, xüsusilə Bakı qəsəbələrinin yollarına da diqqət yetirilməsi barədə tapşırıq verdiyini xatırladıb, Bakının qəsəbələrində daxili yollara da asfalt vurulmasını vacib sayıb.
İndi isə məruzə edin, bu günə qədər nə işlər görülüb və ilin sonuna qədər hansı addımlar atılacaq?
Daha sonra AADYA İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısının suallarını cavablandırıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək