Prezident Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib.
APA TV-nin məlumatına görə, söhbət zamanı Bakıda keçirilən Dünya dini liderlərinin ikinci Sammitinin əhəmiyyəti qeyd edilib. Bu tədbirdə dünyanın bir sıra ölkələrindən böyük nümayəndə heyətlərinin, nüfuzlu ictimai və din xadimlərinin iştirakından məmnunluq ifadə olunub. Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarın dinlərarası dialoq və Azərbaycanla bağlı fikirlərinin önəmi vurğulanıb. Şlomo Amar Azərbaycana səfərindən və dünya dini liderlərinin sammitində iştirakından dərin məmnunluq hissi keçirdiyini bildirərək ölkəmizə və dövlətimizin başçısına xeyir-dualarını çatdırıb.
OXŞAR XƏBƏRLƏR
17:47
1072
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
946
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
948
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
899
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
861
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
877