Prezident İlham Əliyev Fransa Senatının üzvlərini qəbul edib
Prezidenti İlham Əliyev Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev səfərin Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli rol oynayacağına əminliyini vurğulayıb, bu günlərdə yeni səfirin etimadnaməsini qəbul edərkən də qarşılıqlı əlaqələr haqqında eyni fikirləri bölüşdüyünü deyib. Əlaqələri uğurla inkişaf etdiyini - xüsusilə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun təsdiqi kimi dövlət başçıları səviyyəsində bir çox qarşılıqlı səfərlər edildiyi diqətə çatdırılıb. Prezident Emmanuel Makron ilə çox səmimi görüşünü xatırlayan Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin də ümumi inkişafa mühüm töhfələr verdiyini qeyd edib.
Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uper qəbula görə təşəkkür edib. Bundan şərəf duyduqlarını bildirib. Fransanın eks-prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar verilən başsağlığına, diqqətə, dostluq nümayişinə görə minnətdarlıq ifadə olunub. Dostluq əlaqələrinin tarixi faktlara söykəndiyi, General de Qolun hələ 1944-cü ildə Azərbaycanda olduğu xatırlanıb. Alen Uper mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın əhəmiyyətini xüsusi vurğulayıb və Fransada bu mövzu ilə əlaqədar müzakirələr aparılan zaman Azərbaycanı nümunə kimi təqdim etdiyini deyib.
Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar Azərbaycanın mövqeyini diqqətə çatdıraraq bildirib ki, bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Görüşdə Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlığın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."