Prezident İlham Əliyev forum çərçivəsində keçirilən iclasda iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda iştirak edib.
APA Tv xəbər verir ki, iclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olundu. Həmçinin ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, dördüncü sənaye inqilabının region üçün əhəmiyyəti vurğulandı.
İclasda Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti və digər nüfuzlu qonaqlar iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
19:48
690
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
679
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
694
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
337
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
332
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
341