Prezident İlham Əliyev: "Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək"
“Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm”.
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident bildirib ki, bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək: “Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq”.
OXŞAR XƏBƏRLƏR
20:20
167
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
245
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
868
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1448
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1409
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
928