Prezident İlham Əliyev Bakıya gələn Nursultan Nazarbayevlə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb.

APA TV-nin məlumata görə, elbası Nursultan Nazarbayevi Azərbaycanda yenidən görməyindən şad olduğunu deyən Prezident İlham Əliyev  Azərbaycan xalqının onu özünə böyük dostu bildiyini xatırlatdı. Nursultan Nazarbayevin hər zaman Azərbaycanın və Azərbaycan xalqının  yanında olduğu münasibətlərin mööhkəmkləndirilməsi işinə töhfə verdiyini qeyd edib. Prezident İlham Əliyev özünün də ondan hər zaman dəstək gördüyünü və aralarında doğma münasibət formalaşdığını deyib.

Türk dünyası üçün görülən işlərdə də Nursultan Nazarabayevin rolu qeyd olunub.

Nursultan Nazarbayev müstəqillik illərində Azərbaycana 9-cu dəfə səfər etdiyini bildirib. Bildirib ki, Azərbaycanda sovet dövründə də olub. O vaxtkı Bakı ilə indikİ şəhər arasında çox fərq var və bunun nə demək olduğunu özünün yaxşı anladğını vurğulayıb. Qazaxısatan paytaxtının sıfırdan inşa edildiyini, Bakının isə indiki vəziyyətə gətirldiyini və məhz bərpa işinin çətin olduğunu deyib. Hörmətli qonaq onu da bildirib ki, ilk dəfədir Azərbaycana prezident kimi gəlmir.

Azərbaycanda hər şeyin öz axarı ilə getdiyini deyən Qazaxıstanın eks-prezidenti ölkəsinin indi Azərbaycan vasitəsi ilə , Qafqazdan keçməklə Qars-Axalkalaki yolu ilə Türkiyəyə, Avropaya çıxa biləcəyini bildirən keçmiş dövlət başçısı ölkəsinin ərazisi vasitəsi ilə Azərbaycanın da Çinə yolunun açıq olduğunu bildirib. imkanlarımız var.

Nursultan Nazarbayev 10 il əvvəli - Naxçıvanda Türk Şurası yaradılması təklifini verdiyi xatırlayıb. Prezident İlham Əliyevin ona Şuranın sədri olmaq təklifini dəyərləndirib və məmnuniyətlə qəul etdiyini deyib. Keçmiş president artıq türkdilli ölkələr sözünü kənara qoyub, türk dövlətləri ifadəsinə keçməyin vaxtının çatdığını bildirib.

Xoş sözlərə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti Bakı ilə bərabər Nur-sultan şəhərinin də füsunkar olduğunu, quruculuq və memarlıq işlərində qarşılıqlı təcrübə mübadiləsi aparıldığını deyib. Ucaldılan şəhərlə bərabər oradakı, hər ağacın, hər daşın arxasında Nursultan Nazarbyevin dayandıını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın üzv olmadığı beynəlxalq tədbirlərdə onu dəstəklədiyinə görə öz adından və Azərbaycan xalqı adından minnətdarlıq edib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR