Prezident Ermənistanı 1 həftədə 2-ci dəfə vurdu - PAŞİNYAN ÇARƏSİZ QALDI

Türkmənistanda səfərdə olan Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edib.

Dövlət başçısı Ermənistanın işğalçı olduğunu, bu ölkənin rəhbər postlarını isə faşist təfəkkürlü insanların zəbt etdiyini tutarlı və tarixi faktlarla ifşa edib. Azərbaycan Prezidentinin çıxışı böyük maraqla qarşılanıb.

Hörmətli dövlət başçıları!

Gündəlikdəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə bağlı Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətdir. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı cəbhələrdə döyüşüb, onların yarısı canından keçib. 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 , motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlarsız düşmənə qalib gəlmək olmazdı. Kinoxronikada kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” yazılmış oyuq, oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycan, Şimali Qafqaz nefti ilə bağlı planlarını vurğulayır. Faşistlər Bakını tutsaydı, sovet ordusu yanacaqsız qalar, şəhəri isə yox olardı. Çünki sovet hökuməti neft quyularını düşmənə keçməməsi üçün minalamışdı.

Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” adı alan yandırıcı maye ixtira etmişdi. Bakıda istehsal edilən “Katyuşa” raketləri və digər silahlar düşməni məhv edirdi. Müharibədə həlak olanlar Azərbaycanda daim yad edir, veteranlara qayğı göstərilir. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin zamanında - 1992-1993-cü illərdə 9 May ləğv edilmiş, veteranlar alçaldılır, təhqir edilirdi. Heydər Əliyev hakimiyyətə qayıdandan kimi 9 May - Qələbə Gününün bərpa etdi.
 

Təəssüf ki, indi MDB məkanında - Ermənistanda eyni vəziyyətdir. Əvvəlki hakimiyyət Yerevanda cəllad və satqın, Qaregin Njde ləqəbli faşistlərə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB-dən olan veteranlar Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasızlığına etiraz edib, Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə edib: “Ermənistanın keçmiş hakimiyyəti 3-cü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan Qaregin Njdenin xatirəsin əbədiləşdirmək üçün addımlar atıb”.
 

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə nazirliyin baş redaksiyasının nəşr etdiyi 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, faşistlərə Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı həbs edib. Müharibə vaxtı o, Bolqarıstanda 30-dan çox ermənini agentliyə cəlb edib və Qızıl Ordunun arxasına atılmasında iştirak edib. SMERŞ qrupunun üzvü - 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde yəhudilərə qarşı Holokostda da iştirak edib. 1942-ci ildə SSRİ-yə qarşı erməni legionu yaradıb. Njdenin şüarı bu idi: “Almaniya uğrunda ölmək, Ermənistan üçün ölməkdir”. Sonra Njde həbs olundu və həbsxanada öldü. 2016-cı ildə Yerevanda bu satqın cəllada 6 metr hündürlüyündə heykəl qoyulub. Ermənistanın yeni hakimiyyəti onu götürmür. MDB məkanında faşizmə qəhrəmanlıq donu geyindirmək olmaz!

Təşəkkür edirəm.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR