Prezident: “Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib"
“Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib”.
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün xalqa müraciətində bəyan edib.
Prezident İlham Əliyev Cəbrayıl rayonunun və digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edib:
“Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıtdı. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”.
Ali Baş Komandan qeyd edib ki, uzun illərdən sonra Cəbrayıl şəhəri işğaldan azad edilib: “Cəbrayıl bizimdir!”
Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonu ərazisində işğaldan azad edilmiş yeni yaşayış məntəqələrinin siyahısını da açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"