Prezident BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
APA Tv xəbər verir ki, görüşdə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edildi.
Söhbət zamanı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparıldı. Prezident İlham Əliyev bunun çox mühüm layihə olduğunu bildirdi.
Dövlətimizin başçısı bu ilin fevralında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini qeyd etdi.
Robert Dadli BP-nin öz fəaliyyətində ətraf mühitin qorunmasına daha böyük əhəmiyyət verəcəyini dedi.
OXŞAR XƏBƏRLƏR
19:48
664
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
654
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
670
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
335
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
330
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
339