Prezident: “Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır, hələlik o məntəqələrə girməmişik”
“İlk növbədə, Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır, çünki onlar döyüş meydanında uduzurlar”.
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır, hər gün ya hansısa kənd, ya şəhər işğaldan azad edilir, yaxud da kənlərin yerləşməsi nəzarət altına alınır.
“Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır, sadəcə olaraq, biz hələlik o yaşayış məntəqələrinə girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ermənistan cəbhənin bütün istiqamətlərində məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz məğlubiyyətini, öz acısını mülki əhalidən çıxarmaq istəyir. Bu onların xislətidir. Gəncə hücumunu törədənlər də məhz Xocalı soyqırımını törədənlərdir”, deyə dövlət başçısı qeyd edib.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"