Prezident Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının Baş katibini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib.
APA TV xəbər verir ki, qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Partiyanın əldə etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Dövlət başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirdi.
Görüşdə ICAPP-ın sabah Bakıda keçiriləcək “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının əhəmiyyəti vurğulandı.
Söhbət zamanı ölkəmizin Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının fəaliyyətinə həmişə mühüm töhfələr verdiyi qeyd edildi, uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib