Prezident "APA Group"un 5 əməkdaşını mükafatlandırdı

Prezident İlham Əliyev Milli Mətbuatın yaranmasının 145 illiyi münasibəti ilə Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının təltif olunması haqqında sərəncamlar imzalayıb.

 

APA TV-nin məlumatına görə, təltif olunanlar arasında “APA Group”un 5 əməkdaşı da var.

 

Dövlət başçısının sərəncamları ilə Vüsalə Mahir qızı Abışova və Şərif Ziyadxan oğlu Ağayarov “Tərəqqi” medalı, Ramiz Mikayıl oğlu Cürənov və Vüqar Hüseynəli oğlu Həsənov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib, Sevinc Vaqif qızı Həmidiyə isə “Əməkdar Jurnalist” adı verilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR