Prezident ABŞ dövlət katibinin müavininin müşavirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib.
APA TV xəbər verir ki, söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunuldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulandı. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək yüksək qiymətləndirildi. Azərbaycanda elektrik enerjisi və bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən danışıldı.
Söhbət zamanı Bakıda ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəmi qeyd edildi və bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirildi.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir