“Porsche” ilə avtoxuliqanlıq edərək qəza şəraiti yaradan sürücü saxlanılıb - YASAMALDA
Paytaxtın Yasamal rayonu ərazisində "Porsche" markalı avtomobilin sürücüsü yüksək sürətlə Abdulvahab Salamzadə küçəsində yol hərəkəti qaydalarını pozub.
APA TV xəbər verir ki, ona Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları "Saxla" əmri verib. Sürücü əvvəlcə avtomobilini saxlayıb, ancaq yol patrul xidmətinin əməkdaşlarının tələbinə əməl etməyib. Müvafiq sənədlərinin olmadığını deyərək avtomobillə ərazidən uzaqlaşıb. Daha sonra o, Mətbuat prospekti və Zərdabi küçələrində əks istiqamətli yola çıxaraq açıq-aşkar qəza şəraiti yaradıb. Ziya Bünyadov prospektində isə avtomobilini arxa-arxaya sürərək digər nəqliyyat vasitələrinin sürücülərini təhlükəli vəziyyətə salıb.
Onun bu əməli təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Məlum olub ki, sürücü digər iki nəqliyyat vasitəsini vuraraq qaçıb. Ziya Bünyadov prospektində isə avtomobilini ona bir daha "Saxla" əmri verən Yol Patrul Xidmətinin əməkdaşlarının üzərinə sürüb. Təxminən yarım saatlıq qaç-qovdan sonra sürücü Mətbuat prospektində süni tıxac yaradılaraq saxlanılıb. Məlum olub ki, avtomobili idarə edən 28 yaşlı Quliyev Elşən Tahir oğludur. O saxlanılaraq polis orqanına gətirilib. Sürücü törətdiyi əməli etiraf edib. Elşən Quliyevin idarə etdiyi "Porsche" markalı avtomobil isə 5 saylı cərimə meydançasına yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək