Polşaya işləməyə gedən azərbaycanlılar faciəvi şəkildə öldü
Polşada baş vermiş ağır yol qəzasında 3 azərbaycanlı həlak olub.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Polşanın Poznan şəhəri yaxınlığında, oktyabrın 21-də baş verib.
"Ford" markalı mikroavtobusun "Man" markalı yük avtomobilinə çırpılması nəticəsində Gürcüstan vətəndaşı olan 3 azərbaycanlı həlak olub, daha 8 nəfər isə xəsarət alıb. Ölənlər Marneuli rayonu, Əzizkənd sakini 22 yaşlı Əli Abdullayev, Qardabani rayonu, Birlik kənd sakini Kərəm Bayramov və Marneuli rayonu, Baydar kənd sakini Könül Balagözovadır.
Hadisədə xəsarət alan şəxslərdən də bir neçəsinin xəstəxanada vəfat etdiyi bildirilir.
Qeyd edək ki, adıçəkilən azərbaycanlıların bir müddət əvvəl işləmək məqsədilə bu ölkəyə getdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
16:59
636
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
636
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
549
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
19:20
1093
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
1077
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
1091