Polis kəskin hava şəraitində karantin rejimində fəaliyyət göstərir - ŞİRVANDA
Şirvan polisi kəskin hava şəraitində karantin rejimində fəaliyyət göstərir.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərində koronavirus (COVİD 19) pandemiyasına qarşı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun şəhər ərazisində hava şəraitindən asılı olmayaraq sutkanın 24 saatı ərzində karantin rejiminin qaydalarına polis nəzarəti davam edir. Son 2 gündə hava şəraitinin kəskin şəkildə pisləşməsinə baxmayaraq polis əməkdaşları xüsusi qoruyucu geyimlərdə xidmət keçirlər. Şəhərin bütün girişlərində qurulan postlar gecə və pis hava şəraitində polis əməkdaşlarının fəaliyyəti üçün işıqlandırma sistemi və müasir tipli köşklərlə təmin edilib.
Karantin qaydaları tətbiq olunan anadan bu günə kimi rejim qaydalarını pozan sakinlər, o cümlədən sürücülər həm müvafiq qaydada cərimələnib və eyni zamanda qaydaları kobud şəkildə pozan bir-necə sakin inzibati qaydada həbs edilib.
Ölkə ərazisində xüsusi karanti rejimi tətbiq olunandan bu günə kimi polis tərəfindən şəhər ərazisində xidmət təşkil olnmuşdur. Hava şəraitindən asılı olmayaraq polis əməkdaşları tərəfindən 24 saat ərzində xidmət aparılır. Xüsusi karantin rejimi tətbiq olunan gündən bu günədək polis əməkdaşları tərəfindən inzibati hüquqpozma törətmiş, yəni xüssi karantin rejimini pozmuş 225 nəfər şəxs aşkar olunmuş, onlardan 25 nəfəri yol polisi tərəfindən, 200 nəfəri digər xidmətlər tərəfindən qanunla müəyyən olunmuş qaydada cərimə edilmiş, aşkar olunmuş 10 nəfər digər hüquqpozmalarla görə inzibati qaydada həbs edilmişdir.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı