Polisə zəng edib yalan dedi, saxlanıldı
Lənkəranda, polisə yalan məlumat verən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosu xəbər verir ki, Astara rayon sakini Ramin Babayev polisə məlumat verərək, gecə saatlarında Lənkəran rayonu ərazisində tanımadığı 3 nəfər şəxsin onu bıçaqla hədələyərək mobil telefonunu aldıqdan sonra oradan uzaqlaşdıqlarını bildirib.
Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin quldurluq barədə polisə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, araşdırmalarla məlum olub ki, həmin şəxs öz mobil telefonunu narkotik vasitə əldə etmək üçün Lənkəran rayon sakini Bəhruz Hüseynzadəyə verib.
Polis əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bəhruz Hüseynzadə və qardaşı saxlanılıb. Şəxsi axtarış zamanı onların hər ikisinin üzərindən heroin aşkarlanıb.
Bundan başqa, Bəhruz Hüseynzadənin yaşadığı evə keçirilən baxış zamanı onun Ramin Babayevdən narkotik vasitə qarşılığında aldığı mobil telefon, 585 qram heroin, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron, əlavə olaraq 3 ədəd 7.62 kalibrli patron və 1 ədəd soyuq silah hesab edilən bıçaq və aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək